Sosial
23.10.2015 / 10:09

Yer kürəsində yarımaylıq gecə

Yer kürəsində yarımaylıq gecəNASA-nın əməkdaşları Amerika hökuməti qarşısında noyabrın ikinci yarısında yer kürəsinin yarımqaranlığa düşəcəyi barədə məlumatla çıxış ediblər. Alimlər, bu dövr ərzində ölkə vətəndaşlarının təhlükəsizliklərinin təmin edilməsi üçün lazımi tədbirlər görülməsini məsləhət biliblər.
İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qeyri-adi hadisə Günəş, Yupiter və Veneranın “günahından”, Yupiterin və Veneranın bir birinə qarşı xüsusi duruşundan baş verəcək. Həmin an Veneranın işığı Yupiterinkindən bir neçə dəfə daha parlaq olacaq. Yupiterin işığı da cavab olaraq parlaqlaşacaq. Belə reaksiya nəticəsində kosmosda böyük miqdarda hidrogen yığılacaq. Günəşdə isə güclü partlayış baş verəcək və nəticədə göy cismi bir neçə dəqiqə ərzində bir neçə dəfəyədək artacaq. Məhz bu Günəşin tutqunlaşmasına gətirib çıxardacaq və iki həftə davam edəcək. Sonra isə normaya düşəcək.

Baxış sayı: 330