Dünya
23.10.2015 / 08:15

Polşa parlament seçkilərinə hazırlaşır

Polşa parlament seçkilərinə hazırlaşır İnform.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, oktyabrın 25-də Polşada keçiriləcək olan parlament seçkiləri ilə əlaqədar olaraq, vətəndaşlar arasında rəy sorğusu keçirilib.

Sorğunun nəticələrinə görə, əhalinin 38%-dən çoxu eks baş nazir Yaroslav Kaçinskinin rəhbərlik etdiyi "Haqq və Ədalət partiyası"na səs verəcək.

Sorğuya görə, ikinci yerdə 22% səslə hazırki baş nazir Yeva Kopaçın rəhbərlik etdiyi "Vətəndaş platforması partiyası" gəlir.

Bu iki partiyanı isə 12% səslə musiqiçi Pavl Kukizin yaratmış olduğu hərəkat izləyir.
Daha sonrakı yerləri isə 8%-lə "Birləşmiş solçular" hərəkatı, 6%-lə "Müasir Polşa partiyası" və yenə də 6%-lə "Polşa Kəndli partiyası" tutur.

Baxış sayı: 162