Siyasət
22.10.2015 / 19:22

“Exit-poll” keçirmək istəyən daha bir təşkilatı qeydə alınıb

“Exit-poll” keçirmək istəyən daha bir təşkilatı qeydə alınıb Mərkəzi Seçki Komissiyasının (MSK) bugünki iclasında noyabrın 1-də keçiriləcək parlament seçkilərində “Exit-poll” keçirmək istəyən daha bir təşkilat qeydiyyata alınıb.

İnform.az “Report”-a istinadən bildirir ki, iclasda Rəy Monitorinq Mərkəzinin MSK-ya müraciətinə baxılıb
MSK sədrinin müavini Natiq Məmmədov təşkilatla bağlı məlumat verib. O deyib ki, təşkilat 118 seçki dairəsi üzrə “exit-poll” keçirmək niyyətindədir.
Müzakirələrinin yekununda məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK bundan əvvəl 3 təşkilatı-ELS Müstəqil Araşdırmalar Mərkəzini, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzini, Vətəndaş Əmək Hüquqlarının Müdafiəsi Liqasını qeydə alıb.

Baxış sayı: 305