Gündəm, Hadisə
22.10.2015 / 15:48

Bakıda 67 cinayətkar qrup zərərsizləşdirilib

Bakıda 67 cinayətkar qrup zərərsizləşdirilibBu il Bakıda 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2015-ci ilin 9 ayı ərzində Bakı şəhərində Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8.706 (8.752) cinayət qeydə alınıb ki, onların da 81,6%-i (7.104-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 18,4%-i isə (1.602-i) ağır və xüsusilə ağır növlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 9,5%; qəsdən sağlamlığa ağır zərər vurmalar 9,7%; adam oğurluğu faktları isə 2 dəfə azalıb.

Cinayətlərin 75,9%-nin (ötən il 70,1%), ağır növlərinin 77,9%-nin (72,4%), qeyri-aşkar şəraitdə baş verənlərin 64,7%-nin (57,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1402 cinayətdən 92,3%-i (91,2%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (90,7%), adam öldürməyə cəhdlərin 89,5%-i açılıb.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 5,8%, onların ağır və xüsusilə ağır növlərinin açılması 5,5%, şəxsiyyət əleyhinə olanların açılması 1,1%, o cümlədən qəsdən adam öldürmələrin açılması 9,3%, mülkiyyət əleyhinə cinayətlərin açılması 10,4%, mənzillərdən edilən oğurluqların açılması 10,9%; avtonəqliyyat oğurluqlarının açılması 12,5%; quldurluqların açılması 7,1%; hədə-qorxu ilə tələb etmələrin açılması 6,5%; avtonəqliyyatın qaçırılması 5,1%; xuliqanlıqların açılması 0,5%; dələduzluqların açılması 2,7%; ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 7,1% yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1911 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 202 bağlı cinayət açılıb.

2015-ci ilin 9 ayı ərzində təqsirləndirilən şəxs qismində axtarışda olan 1106 nəfərdən 65,6%-i (-2,2%, 725-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 456 nəfərdən isə 51,1%-i tutulub (-2,1%, 233-ü).

Bununla yanaşı, 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanıb.

Narkotiklərlə bağlı aşkar edilmiş 1074 (1112) fakt üzrə qanunsuz dövriyyədən 227 kq 156 qram (205 kq 568 qr) narkotik vasitə çıxarılıb.

Paytaxt ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,2%, həlak olanların sayı 19,2%, xəsarət alanların sayı isə 3,3% azalıb. Baş vermiş 497 (ötən il 579) yol-nəqliyyat hadisəsində 168 (ötən il 208) nəfər həlak olub, 645 (ötən il 667) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İnform.az

Baxış sayı: 420