Dünya
22.10.2015 / 14:12

Prezident baş naziri qınayıb

Prezident baş naziri qınayıb "Konstitusiyanı müdafiə etmək hər bir vətəndaşın, ilk növbədə Gürcüstan hakimiyyətinin borcudur. Təəssüf ki, baş nazirin bugünki çıxışı gərginliyi azaltmaqdansa, ölkədəki onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırıb".

İnform.az "Report"-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Georgi Merqvelaşvili fövqəladə bəyanatında vurğulayıb.
"Vətəndaş sülhünü qorumaq üçün sərt hərəkətlərdən, emosional davranışlardan çəkinməyə, məhkəməni isə vəziyyəti çətinləşdirəcək tələsik və sərt qərar qəbul etməməyə çağırıram", - G.Merqvelaşvili bəyanatında bildirib.

Qeyd edək ki, bu gün Gürcüstan "Vahid Milli Birlik" Hərəkatının (Gürcüstanın keçmiş prezidenti Mixael Saakşvilinin yaratdığı təşkilat) qərargahları dağıdılıb. Müstəqil "Rustavi 2" telekanalına bağlanması ilə bağlı məhkəmə prosesi gedir. TV-nin bağlanmasına etiraz olaraq aksiyalar keçirilir.

Məhkəmə qarşısına toplaşan sakinlər, o cümlədən də müxalif partiyalar, telekanalın bağlanmasının və əmlakına həbs qoyulmasının siyasi motivli olduğunu iddia edir.

Baxış sayı: 396