Dünya
22.10.2015 / 13:44

Berlində Cümhuriyyət yürüşü keçiriləcək

Berlində Cümhuriyyət yürüşü keçiriləcək Türkiyə Respublikasının yaranmasının 92-ci ildönümü münasibətilə Almaniyanın paytaxtı Berlində yürüş keçiriləcək.

İnform.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, yürüş oktyabrın 25-də saat 13.00-da Potsdamer meydanında başlayacaq. Aksiyada Türkiyə diaspor təşkilatları ilə yanaşı, Türk-Azərbaycan Birliyi də iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Respublikası 1923-cü il oktyabrın 29-da elan olunub.

Baxış sayı: 303