Hadisə
22.10.2015 / 13:10

Bakıda mənzildən 600 min manat oğurlayan qadına hökm oxunub

Bakıda mənzildən 600 min manat oğurlayan qadına hökm oxunubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Svetlana Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Svetlana Quliyeva 10 il müddətə azadlıqdan məhrum edilib. Bundan əlavə məhkəmənin qərarı ilə onun əmlakı da müsadirə olunub.

Qeyd edək ki, Svetlana Quliyeva Tatyana Quliyeva adlı qadının mənzilindən 600 min manat oğurlayıb.

İnform.az

Baxış sayı: 321