İdman
22.10.2015 / 11:44

"Borussiya" klubu Bakıya gəlib

"Borussiya" klubu Bakıya gəlib Bu gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qəbələ” ilə oynayacaq Almaniyanın “Borussiya” klubu Bakıya gəlib. İnform.az Apasport.az-a istinadən xəbər verir ki, Dortmund təmsilçisini paytaxtımıza gətirən təyyarə dünən saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Komandamızın yer aldığı C qrupunun liderini qarşılayanlar arasında saytımızın əməkdaşı da olub. Lakin heç bir futbolçu “Qəbələ” ilə oyun barədə danışmaq istəməyib. Dortmundluların türk əsilli futbolçusu İlkay Gündoğan bildirib ki, onların hava limanında danışmağına qadağa qoyulub.

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” matçı bu gün saat 20:00-da başlayacaq.

Baxış sayı: 286