Mədəniyyət
22.10.2015 / 11:06

Azərbaycanın xalq şairinin yubileyi Moskvada qeyd ediləcək

Azərbaycanın xalq şairinin yubileyi Moskvada qeyd ediləcəkAzərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, xalq şairi Fikrət Qocanın 80 illik yubileyi Rusiya paytaxtı Moskva şəhərində qeyd olunacaq.
Bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və AYB-nin Moskva bölməsinin təşkilatçılığı ilə keçiriləcək tədbir oktyabrın 29-da baş tutacaq.
Moskvanın Mərkəzi Yazıçılar Evində keçiriləcək yubiley tədbirində, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla yanaşı, Moskva Yazıçılar Birliyinin sədri, eləcə də Rusiyanın tanınmış qələm adamları iştirak edəcək.
Tədbirdə xalq artistləri Mələkxanım Əyyubova və Azər Zeynalov xalq şairinin sözlərinə yazılmış mahnıları ifa edəcək, əməkdar artist Ağalar Bayramov Fikrət Qocanın şeirlərindən seçmələr söyləyəcək.

İnform.az

Baxış sayı: 312