Şərhlər
21.10.2015 / 11:07

Zevsə and içirəm ki...

Zevsə and içirəm ki...(Müdriklər və korifeylər silsiləsindən)

Əlisa NİCAT / İnform.az


(Əvvəli burada)
- Və əgər biz nəyisə nəyə oxşadığına görə xatırlayırıqsa, bununla bərabər elə bir şey olurmu ki, biz mütləq belə bir sualla rastlaşırıq ki, yada saldığımızla bu oxşarlıq nə dərəcədə tamdır və ya tam deyil?
- Mütləq belə olur.
- Onda qulaq as gör mən ardımca doğrumu mühakimə yürüdürəm: Biz qəbul edirik ki, nəsə elə şeylər var ki, bir-birilərinə bərabər hesab edilirlər, mən tirin tirlə, daşın daşla və bu növ eynilikdən danışmıram, nəsə bütün bunlardan fərqlənən başqa şeylərdən - öz-özlüklərində bərabər olanlardan danışıram. Biz belə şeylərin olduğunu qəbul edirik ya yox?
- Zevsə and içirəm ki, qəbul edirik, özü də necə, - Simmiy cavab verdi.
- Və biz bilirik o nə deyir?
- Gözəl bilirik.
- Bəs bu bilik hardan gəlir? İndicə danışdığımız şeylərdən, deyilmi? Axı öz aralarında bir-birilərinin eyni olan tir, və ya daş, və ya nəsə başqa bir şey, axı biz onlara görə, onlardan fərqlənən başqa şeyləri qavrayırıq. Bu şey tir və ya daş deyil, bəlkə o başqa şeylər sənə fərqli olan başqa şey kimi gəlmir? Onda belə edək: Elə olurmu ki, eyni, bərabər olan tir və ya daşlar heç nə ilə fərqlənməsələr də yenə də birinə bərabər gəlir, digərinə isə yox?
- Əlbəttə belə şeylər olur.
- Onda öz-özlüyündə bərabər olan, bəzən elə olur ki, sənə qeyri-bərabər gəlir, yəni bərabərlik sənə qeyri-bərabərlik kimi gəlir?
- Heç vaxt, Sokrat.
- Deməli, bərabər şeylər və bərabərliyin özü eyni şeylər demək deyil.
- Zənnimcə qətiyyən.
- Və amma bərabərlik haqqında bilikləri sən, hətta onlar bərabərliyin özündən nə qədər fərqlənsələr də, elə məhz həmin bərabər şeylərdən əldə edirsən, doğrudurmu?
- Bundan gözəl düz söz olmaz, Sokrat.
- Və onlarla şeylər arasında ya oxşarlıq, ya da qeyri-oxşarlıq ola bilər?
- Ola bilər.
- Ümumiyyətlə, bu o qədər də vacib deyil, - Sokrat qeyd etdi - lakin hər dəfə bir şeyin görünüşü səndə başqa bir şeylə birincinin ya oxşarlığı, ya da qeyri-oxşarlığı haqqında fikir yaradır, - bu xatırlamadır.
- Hə, şübhəsiz.
- Yaxşı, de görüm tirlə və tir arasında bir-biriləriylə bərabər olan başqa şeylər arasında da vəziyyət təxminən eynidirmi? Onlar öz-özlüklərində eyni olan ölçüdəmi bizə təqdim olunurlar və ya digərlərinə oxşamaq üçün onlara nəsə çatışmır?
- Çatışmır, çox şey çatışmır.
- Onda təsəvvür et ki, insan hər hansı bir predmeti görüb fikirləşir: nə ki indi gözlərimin qabağında nəsə başqa mövcud olan bir şeyə oxşamağa can atır, amma eynilə o cür olmağı bacarmır, aşağı, pis olaraq qalır. Biz razılığa gəlməliyik; bu adam tam olmasa da, birinciyə oxşayan ikinci predmeti də gərək mütləq əvvəlcədən bilməlidir.

Baxış sayı: 467