Dünya
21.10.2015 / 07:29

ABŞ Avropada raketdən müdafiə sistemini ilk dəfə sınaqdan keçirib

ABŞ Avropada raketdən müdafiə sistemini ilk dəfə sınaqdan keçiribABŞ Silahlı Qüvvələri Avropada ilk dəfə olaraq raket əleyhinə müdafiə proqramı üzrə sınaqlar keçirərək, Atlantik okeanda ballistik təlim raketini məhv edib.

İnform.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Bu Amerikanın raket poliqonlarından kənarda “Stendard-3” Blok 1A tipli idarə olunan raketin birinci buraxılışı və Avropa məkanında ballistik raketin ilk dəfə vurulması olub”, deyə mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ballistik təlim raketi Atlantik okeandakı poliqondan, Şotlandiyanın qərb sahillərində üzən “Ross” adlı hərbi gəmidən buraxılıb.

Qeyd edək ki, bundan əvvəl Avropanın cənubunda NATO hərbi təlimlərinin fəal mərhələsinin başlandığı bildirilib.

Baxış sayı: 193