Gündəm, Dünya
04.07.2015 / 22:34

Suriya ordusu hücuma keçdi

Suriya ordusu hücuma keçdi

Suriyada ordu qüvvələri Hizbullah silahlıları ilə birlikdə müxaliflərin nəzarəti altında olan mühüm şəhərlərdən biri Zabadaniyə hücuma keçib.

İnform.az ANS PRESS-ə istinadən xəbər verir ki, Suriya dövlət televiziyası şəhərə edilən top atəşlərinin görüntülərini yayıb.

Paytaxt Dəməşqin şimalında yerləşən turizm şəhərlərindən biri olan Zabadani müxalif qüvvələrin Luvanla sərhəddəki son məkanlarından biridir. Bundan başqa şəhər Suriya və Livanı bir-birinə bağlayan Beyrut-Dəməşq magistral yolunun üzərində yerləşir.

Suriya Müdafiə Nazirliyinin mətbuat katibi dövlət televiziyasına bildirib ki, ordu qüvvələri bir neçə cəbhədə böyük ölçüdə məsafə qət edib və müxalif qüvvələr ciddi itkilər verib.

BBC-nin xəbərinə görə, ordu qüvvələri müxaliflərin Dəməşqin nəzarəti altındakı bəzi bölgələrinə etdiyi hücumlara cavab olaraq əks hücumalara başlayıb. Suriyanın Sana rəsmi xəbər agnetliyinin məlumatına görə, müxaliflər qüvvələrinin 100 döyüşçüsü öldürülüb.

Suriya ordusu hücuma keçdi

Baxış sayı: 398