Din
20.10.2015 / 17:47

Məkkədəki faciədə 2177 nəfər həlak olub

Məkkədəki faciədə 2177 nəfər həlak olub Səudiyyə Ərəbistanının Məkkə şəhəri yaxınlığında sentyabrın 24-də baş verən basırıqda həyatını itirənlərin sayı azı 2177 nəfərdir.

İnform.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu, həcc zamanı baş verən ən böyük faciədədir. Eyni zamanda, Səudiyyə Ərəbistanının rəsmi dairələri hələ də həlak olanlar və xəsarət alanların sayı barədə yekun məlumat verməyib. Səsləndirilən məlumata əsasən, Mina dağında baş verən basırıq zamanı 769 nəfər həyatını itirib, 934 zəvvar isə xəsarət alıb.

Belə ki, İranın məlumatına görə, hadisə zamanı bu ölkənin 465 vətəndaşı həyatını itirib. Mali 254, Nigeriya 199, Misir 182, Banqladeş 137, İndoneziya 126, Hindistan 102 vətəndaşının öldüyünü bildirib. Həmçinin həlak olanlar arasında Pakistan, Efiopiya, Kamerun, Nigeriya, Çin, Türkiyə və başqa ölkələrin vətəndaşları da var.

Tehran Səudiyyə Ərəbistanını zəif təşkilatçılıqda, həmçinin faciənin miqyasını gizləməkdə ittiham edir və hadisə zamanı həlak olanların sayının 4700 nəfərə çata biləcəyini bildirir.

Xatırladaq ki, buna qədər həcc zamanı ən çox insan tələfatı 1426 nəfərin həlak olduğu 1990-cı ildə qeydə alınıb.

İnform.az

Baxış sayı: 352