Siyasət
20.10.2015 / 14:36

Elmar Məmmədyarov beynəlxalq tədbirdə iştirak edəcək

Elmar Məmmədyarov beynəlxalq tədbirdə iştirak edəcəkAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in xarici işlər nazirlərinin növbəti iclasında iştirak etməyi planlaşdırır. Bu barədə XIN başçısı Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) növbəti iclası dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Bu ilki iclas Serbiya xarici işlər naziri, təşkilatın hazırki sədri İvitsa Daçiçin dəvəti ilə baş tutacaq.
Nazirlər Şurası ATƏT-in mərkəzi qərarverici və idarəedici orqanıdır. İldə bir dəfə ATƏT-ə üzv olan 57 ölkənin xarici işlər nazirləri ötən il ərzində təşkilatın fəaliyyətini müzakirə etmək və qiymətləndirmək üçün bir araya gəlir.

İnform.az

Baxış sayı: 399