Mədəniyyət
20.10.2015 / 14:22

“Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi”

“Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi”Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Ulu Öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqalə" müsabiqəsinin Mədəniyyət Mərkəzində təqdimetmə mərasimi keçirilib. İştirakçılar Ümummilli lider Heydər Əliyevin Mədəniyyət Mərkəzinin həyətindəki büstünün qarşısına əklil qoyublar.
Tədbirdə Səfirlik və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Özbəkistanın müxtəlif mətbuat və xəbər agentliklərinin jurnalistləri iştirak ediblər.
Daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev keçirilən müsabiqənin ölkəmizin təbliği istiqamətində mühüm iş olduğunu və müsabiqə elan olunduqdan sonra Özbək mətbuatında Azərbaycan, onun tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yüzlərlə məqalə dərc olunduğunu qeyd edib.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Müsabiqə qalibləri 3 nominasiya üzrə "Azərbaycanda turizm", "Azərbaycan ədəbiyyatı", "Azərbaycan iqtisadiyyatı” mövzusunda yazdıqları məqalələrə görə mükafatlandırılmış və onlar Səfirliyin və onun Mədəniyyət Mərkəzinin fəxri fərmanları, pul mükafatları ilə təltif olunublar.
Bu nominasiyalarda prdrobno.uz portalının müxbiri Andrey Teşaev, sharh.uz saytının əməkdaşı Şərafətdin Tulaqanov və uchildiz.uz portalının müxbiri Dilbar Turqanova birinci, kultura.uz mədəniyyət saytının əməkdaşı Rimma Sabircanova, silkway.uz portalının müxbiri Sergey Savçuk Kurbanov, "Kitob dunyasi" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova, uchildiz.uz portalının əməkdaşı Tulkin Eşbek mükafata layiq görülüblər.
Qeyd edək ki, hər il keçirilən müsabiqəyə 2013-cü ildən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə start verilmiş və müsabiqənin keçirilməsindən əsas məqsəd qardaş Özbəkistan mətbuatında Azərbaycan haqqında daha çox informasiya verilməsi və ölkəmizin təbliğidir.
Mərasimin bədii hissəsində tanınmış Özbək sənətçiləri çıxış etmiş, onlar Azərbaycan milli musiqilərini ifa ediblər.
Daha sonra tədbirdə qonaqların şərəfinə ziyafət verilib və Azərbaycan milli yeməklərinə qonaq ediliblər.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 400