İdman
20.10.2015 / 10:49

"Qızıl top"a namizədlər açıqlandı - SİYAHI

"Qızıl top"a namizədlər açıqlandı - FİFA "Qızıl top" mükafatına namizədlərin siyahısını 59 futbolçudan 23-ə endirib. Ən çox namizəd İspaniyanın "Barselona" klubundandır.
Kataloniya təmsilçisindən 6 futbolçusunun adı siyahıya daxil edilib. İspaniya "Real Madrid"i 5, Almaniya "Bavariya"sı 4 futbolçu ilə təmsil olunur.
Serxio Aqüero (Argentina / "Mançester Siti"), Qaret Beyl (Uels / "Real Madrid"), Kərim Benzema (Fransa / "Real Madrid"), Kriştianu Ronaldu (Portuqaliya / "Real Madrid"), Kevin De Bruyne (Belçika / "Volfsburq" / "Mançester Siti"), Eden Azar (Belçika / "Çelsi"), Zlatan İbrahimoviç (İsveç / PSJ), Andres İnyesta (İspaniya / "Barselona"), Toni Kroos (Almaniya / "Real Madrid"), Robert Levandovski (Polşa / "Bavariya"), Xavyer Maskerano (Argentina / "Barselona"), Lionel Messi (Argentina / "Barselona"), Tomas Müller (Almaniya / "Bavariya"), Manuel Nöyer (Almaniya / "Bavariya"), Neymar (Braziliya / "Barselona"), Pol Poqba (Fransa / "Yuventus"), İvan Rakitiç (Xorvatiya / "Barselona"), Aryen Robben ("Hollandiya / "Bavariya"), Xames Rodriges (Kolumbiya / "Real Madrid"), Aleksis Sançes (Çili / "Arsenal"), Luis Suares (Uruqvay / "Barselona"), Yaya Ture (Kot d İvuar / "Mançester Siti"), Arturo Vidal (Çili / "Yuventus" / "Bavariya").
Qeyd edək ki, milli komandaların baş məşqçiləri, kapitanları və milli assosiasiyaların jurnalistləri arasında keçiriləcək sorğu nəticəsində 3 finalçı seçiləcək. Onların adları noyabrın 30-da açıqlanacaq. "Qızıl top" mükafatı isə sahibinə 2016-cı il yanvarın 11-də veriləcək. Son 2 ildə bu mükafata "Real Madrid"in portuqaliyalı futbolçusu Kriştianu Ronaldu layiq görülüb.

İnform.az

Baxış sayı: 282