Sosial, Elm-təhsil
20.10.2015 / 10:43

Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edəcək Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 26-da Qubada vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, şəhərin Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 20, 21, 22 və 23 oktyabrda nazirliyin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/reques elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 364