Şərhlər
20.10.2015 / 10:32

Zarafatın həddi

Zarafatın həddi
Pərvanə NƏHMƏTQIZI / İnform.az

Yaxud yersiz zarafat bizi üzəndə

Yerində edilən zarafatı hər kəs qəbul edir. Niyə də etməsin.. Üz gülür, könül açılır, insan xoşhal olur, bir anlıq da olsa qəmdən-qüssədən, gərginlikdən uzaqlaşır. Zatən zarafatın tərifi, mahiyyəti də elə budur. Gün ərzində ən azı 10-15 dəqiqə gülmək insan orqanizmi, xüsusilə ürək və qan-damar sistemi üçün çox xeyirlidir deyirlər. Bu missiyaya xidmət edən bir çoxları çevrəmizdə nə yaxşı ki var; “filankəs çox zaraftçıl insandır” deyimi də elə belələrinin ünvanına səslənir… Çünki əsil zarafat mənəvi qida, ruhun ehtiyacıdır. Həzrət Peyğəmbər (s) buyurub: “Mömin zaraftcıl və xoştəbiətli, münafiq isə həmişə qəmgin və qəzəbli olur. Çifayda ki, bu gün zarafat pərdəsi altında bir çoxları istədikləri sözü, nöqsanı deyir, rişxənd edir, heysiyyətə toxunurlar. Özü də gülə-gülə. Məsələ qəlizləşəndə isə “əşi, zarafat edirəm” deyibən bir növ dediklərindən qaçırla. Deməli bu, məqsədli şəkildə edilən “zarafat”dır.
Ələ salmaq, qəlbi sındırmaq üçün edilən və ya deyilən zarafat artıq öz adı ilə qəbul olunmur, yəni, bu, bizim bildiyimiz zarafat deyil artıq. Bir hədisdə belə buyurulub: “Allahın sevdiyi şəxslərdən biri də nalayiq sözlər demədən zarafat edən şəxsdir”. Zarafatı dostluğun qayçısı adlandıranlar da tam haqlıdırlar; çünki münasibətləri kəsə bilir. Xəbər manşetlərində “İki dostun zarafatı bıçaqlanma ilə nəticələndi”, “Zarafat faciə ilə bitdi” kimi başlıqlara da az rast gəlməmişik. Çox təəssüf ki, bunlar hələ də bir çoxlarına ibrət dərsi olmayıb. Qədim Yunan filosofu Pifaqor isə deyib ki, zarafatı da duz kimi qədərində istifadə etmək lazımdır. Əks təqdirdə yeyilməyəcək... Yəni ki, zarafat da bir həddə qədər olmalıdır. Aşdımı, hər şey bitəcək. Ətrafımızda bəzən elə insanlarla qarşılaşırıq ki, özləri hər cür zarafat etdiyi halda, başqalarının zarafatına don geyindirir. Birinin normal qarşıladığı zarafatı qəbul etməyən insanlar da var. Belələrinə bəzən yumor hissi olmayanlar da deyilir. İstənilən zarafat o adamın xətrinə dəyir. Bir sözlə, cəmiyyətdə zarafat edən və zarafat edilən minlərlə fərqli xarakterə, duyuma malik inssanlar var. Ona görə də əgər edəcəyin zarafatdan zövq verə və nəticədə özün də zövq ala bilmirsənsə, o tip insanlarla etməmək məsləhətdi. Çünki eyni zarafat bir insanı güldürsə də, bəzi insanlar bunun tam tərsi olaraq təpki göstərir. Yəni, yaxşı tanımadığınız, psixologiyasına yaxşı bələd olmadığınız admlarla zarafat etmək nəinki onu güldürməyəcək, bəlkə də sizi ağladacaq...
Cəmiyyət içərisində zarafat etməyi bacaran böyük insanlar olub. Hətta o dərəcədə sevilib ki, onların zarafatı bu gün lətifəyə, zərbi-məsələ çevrilib. Və bu gün də sevilə-sevilə deyilməkdə, dinlənilməkdədir..
Gəlin nə sözü, nə də zarafatı urvatsız etməyək. Ağzımızdan çıxan sözün qiymətini, dəyərini bilək. Elə zarafatın da ..

Baxış sayı: 1249