İqtisadiyyat
19.10.2015 / 17:56

Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib Bu gün Avstriya Federal İqtisadiyyat Palatasının prezidenti Valter Rukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Avstriya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, ikitərəfli görüşlər formatında keçən tədbirdə hər iki tərəfdən tikinti, əczaçılıq, turizm, logistika, tibbi avadanlıqların istehsalı, kənd təsərrüfatı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın şirkətin nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən V. Ruk Avstriya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulamış, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə məlumat verib.

Sonra iş adamları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlər keçirilib.

İnform.az

Baxış sayı: 412