Sosial
04.07.2015 / 16:56

İcbari sığorta üzrə 13 487 müqavilə

İcbari sığorta üzrə 13 487 müqavilə

2015-ci ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan İnform.az-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,43 faizi yaşayış evləri və mənzillər, 1,45 faizi inzibati binalar, 17,12 faizi isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50 faiz, sığorta haqlarının məbləğində 2,4 dəfə artım müşahidə edilib.

Baxış sayı: 363