İqtisadiyyat
19.10.2015 / 17:31

Gömrük Komitəsində əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı iclas keçirilib

Gömrük Komitəsində əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı iclas keçirilib Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən DGK strukturuna daxil olan gömrük orqanlarının fəaliyyətin qiymətləndirilməsi struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə iclas keçirilib.

DGK-dan verilən məlumata görə, iclasa Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi, eləcə də Astara, Balakən, Biləsuvar, Gəncə, Şirvan, Tovuz, Xaçmaz və Yevlax gömrük idarələri, Enerji Gömrük İdarəsi, Xudafərin Gömrük İdarəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları qatılıb.

Tədbirin əsas məqsədi gömrük əməkdaşlarının üzləşdiyi problemləri müzakirə etmək, onların həlli yollarını müəyyənləşdirmək, bununla da xarici iqtisadi fəaliyyət iştirakçılarına və vətəndaşlara göstərilən gömrük xidmətlərinin daha çevik və şəffaf təşkilini təmin etmək olub.

İnform.az

Baxış sayı: 359