Dünya
19.10.2015 / 17:20

Viktoriya Nuland Türkiyəyə səfər edəcək

Viktoriya Nuland Türkiyəyə səfər edəcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bu gün Türkiyəyə səfər edəcək.

Xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

V. Nuland Türkiyə hakimiyyət dairələri ilə görüşlərdə İŞİD-lə mübarizə, miqrant böhranı, habelə digər regional və ikitərəfli məsələləri müzakirə edəcək.

İnform.az

Baxış sayı: 316