Sosial
19.10.2015 / 15:18

Afaq Bəşirqızı oğlu barədəki xəbəri təkzib etdi "Ayıbdır axı..."

Afaq Bəşirqızı oğlu barədəki xəbəri təkzib etdi "Ayıbdır axı..."Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun iş adamı, Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "M Trans" MMC-yə rəhbər gətirilməsi xəbəri yayılıb.

Afaq Bəşirqızının xəbər reaksiyası çox sərt olub. İnform.az xəbər verir ki, xalq artisti "Modern.az" saytına açıqlamasında bu xəbəri tirajlayanları qınayıb:

"Kimin ağlına nə gəlir yazır. Utanmırlar, ayıbdır axı... Mən yaradıcı insanam, yubileyə hazırlaşıram. Səhərdən yalan informasiyayla bağlı nə qədər jurnalistə cavab vermək məcburiyytində qalmışam".

A.Bəşirqızı deyib ki, oğlu sözügedən şirkətdə çoxdan çalışır:

"Mənim oğlum çoxdan həmin şirkətdə çalışır. Amma rəhbərliyə gətirilməsi doğru deyil. Mən onun anasıyamsa, bundan xəbərim yoxdursa, hansı "ağıllı" bunu bilib tez də tirajlayıb?! Mən anlamıram o informasiyanı verən adamın ağlı başındadırmı. Bu doğru məlumat deyil, son qoyun buna, vəssalam".

Baxış sayı: 365