Hadisə
19.10.2015 / 14:33

Bakıda mənzildə silah-sursat tapılıb

Bakıda mənzildə silah-sursat tapılıbİnform.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Babayevin Bülbülə qəsəbəsində yaşadığı evə baxış keçirilib. Baxış zamanı nömrəsi pozulmuş “AK-74” avtomatı, 240 ədəd avtomat patronu və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.

Baxış sayı: 384