Siyasət
19.10.2015 / 14:09

"Azərbaycan-Gürcüstan əlaqələri sürətlə inkişaf edir"

"Azərbaycan-Gürcüstan əlaqələri sürətlə inkişaf edir" Baş nazir Artur Rasi-zadə Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayan baş nazir Artur Rasi-zadə bu səfərin də qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib. Baş nazir iki dost ölkə arasında sabit qarşılıqlı faydalı əməkdaşlığın qurulduğunu söyləyib, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün lazımi addımların atılacağına əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Rasi-zadə problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini diqqətə çatdırıb.
İki ölkə arasında strateji tərəfdaşlığın önəmini vurğulayan Giorgi Kvirikaşvili Gürcüstanın hər zaman Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Regiondakı mövcud problemlərdən bəhs edən Gürcüstanın baş nazirinin müavini bildirib ki, bölgədə sabitliyin bərqərar olması iki ölkənin inkişafı üçün vacib şərtlərdəndir. Qonaq, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin

Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha da inkişafına təkan verəcəyini qeyd edib.

İnform.az

Baxış sayı: 354