Hərbi
19.10.2015 / 12:33

Hərbi hissələrdə "Açıq qapı günü" təşkil olunacaq

Hərbi hissələrdə "Açıq qapı günü" təşkil olunacaq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü" keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

"Açıq qapı günü"ndə hərbi hissə komandanlığı ilə valideynlərin görüşünün təşkili, konsert proqramları və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

İnform.az

Baxış sayı: 403