Dünya
19.10.2015 / 11:56

İranda miqrantları aparan avtobus qəzaya uğrayıb

İranda miqrantları aparan avtobus qəzaya uğrayıb
Qəza zamanı daha on nəfər yaralanıb.

Ötən gün İranda paytaxt Tehran ilə Qum şəhəri arasındakı avtomobil yolunda mikroavtobusla yük maşını toqquşub.
İnform.az "Report"-a istinadən xəbər verir ki, avtobusda Əfqanıstandan olan qeyri-leqal miqrantlar olub.
İlkin məlumatlara görə, qəza nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisəsinin səbəbləri barədə məlumat verilmir.

Baxış sayı: 246