Elm-təhsil
19.10.2015 / 10:37

Muzeyə antik qızıl əşyalar daxil edilib

Muzeyə antik qızıl əşyalar daxil edilibAzərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə arxeoloji qazıntılar zamanı əldə olunan qızıldan hazırlanmış antik bəzək əşyaları daxil edilib.

İnform.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bunlar 11 ədəd qızıl muncuq və spiral şəkilli bəzək əşyasından ibarətdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Fərhad Quliyevin məlumatına görə, bu əşyalar 2008-2015-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində Tovuz rayonunun Menteş qədim yaşayış yerindən aşkar olunub. Kurqan qəbirdən tapılan bu əşyaların eramızdan əvvəl VI minillikdən başlayaraq IV minilliyə qədər dövrləşməsi müəyyən edilib.

Qeyd edək ki, bu qədim zinət əşyaları qadın skeletin üzərindən aşkar olunub.

Baxış sayı: 405