Dünya
19.10.2015 / 10:24

Filippin ordusu itki verib

Filippin ordusu itki verib İnform.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Filippinin cənubunda yerləşən Kompostela-Velli əyalətində Mao ordusu ilə hökumət qüvvələri arasında qarşıdurma yaranıb.

Qarşıdurma zamanı Filippin ordusunun iki hərbçisi həlak olub, biri isə yaralanıb.

Qeyd edək ki, sözü gedən qruplaşma ilə hökumət arasındakı müharibə 40 ildir ki, davam edir. Bu müddət ərzində təxminən 40 min insan həyatını itirib.

Baxış sayı: 212