Dünya
19.10.2015 / 09:37

İranda 20 nəfər həlak oldu

İranda  20 nəfər həlak olduIranın Tehran-Qum maqistral yolunda ağır yol qəzası baş verib, 20 nəfər həlak olub.
İnform.az Trend-in məlumatına görə bildirir ki, bu barədə İran polisinin yollara nəzarət mərkəzinin sədri, general Nadir Rəhmani "Presstv" xəbər kanalına deyib.
Məlumatda deyilir:
“Tehran-Qum qədim maqistral yolunda üç avtomobil (yük maşını, minik avtomobili və mikroavtobus) bir-biri ilə toqquşub. Hadisə yerli vaxtla saat 18:30 radələrində baş verib.”
N.Rəhmani deyib ki, qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin və yük maşınının sürücüsü həlak olub: “Həlak olan sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır və onlar İran ərazisinə qanunsuz daxil olublar.”
N.Rəhmaninin sözlərinə görə, hadisə nəticəsində 10 nəfər yaralanıb ki, onlardan 3 nəfəri Qum şəhəri Şəhid Behişti adına xəstəxanaya, 7 nəfəri isə Nikuyi xəstəxanasına aparılıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Baxış sayı: 281