İdman
19.10.2015 / 03:09

Erməni futbolçu Bakıya gəlməyəcək

Erməni futbolçu Bakıya gəlməyəcəkAvropa Liqasının qrup mərhələsində "Qəbələ"nin qonağı olacaq Dortmund “Borusiya”sı erməni futbolçusu Henrix Mxitiryanı Bakıya gətirməyəcək.

İnform.az-ın Qol.Az-a istinadən yaydığı xəbərə görə, bu barədə klubun icraçı direktoru Xans-Yoaxim Vatske açıqlama verib.

Onun sözlərinə görə, Mxitaryan təhlükəsizlik səbəbi ilə səfər matçına yollanmayacaq: “Mxitaryan yəqin ki, Bakıya getməyəcək. Biz məsələ ilə maraqlanmışıq. Azərbaycanla Ermənistan arasında münaqişə olduğunu bilirik. Futbolçumuzun qayğısına qalmalıyıq. Əgər Mxitaryan narahatdırsa, özünü narahat hiss edəcəksə, təbii ki, bunu nəzərə almalıyıq”.

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" (Dortmund) matçı oktyabrın 22-də keçiriləcək.

Baxış sayı: 333