İdman
18.10.2015 / 20:43

Tərlan Əhmədov: “Günahkar mənəm”

Tərlan Əhmədov: “Günahkar mənəm”
“Rəvan”la matçdan sonra düşərgədə vəziyyət yaxşı idi. Biz Lənkərana qələbə üçün gəlmişdik. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib layiq olduğu qələbəni qazandı. Məğlub olsaq da, sərgilənən futbola iradım yoxdur.”
İnform.az-ın Qol.Az-a istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov “Xəzər Lənkəran” bu gün Premyer Liqada uduzduqları oyundan (1:3) sonra deyib.
O, daha sonra bunları söyləyib:
“Hazırkı heyətlə biz bu mübarizəyə girişmişik, mübarizə aparırıq və aparacağıq da. Bilin ki, mən istədiyim komandanı hələ qura bilməmişəm. Məğlub olmuşuqsa, burada ən böyük günahkar mənəm”.

Baxış sayı: 273