İdman
04.07.2015 / 14:01

Velosipedçilərimiz Çində yarışacaq

Velosipedçilərimiz Çində yarışacaq

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" iyulun 5-də Çində start götürəcək sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından İnform.az-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edəcək ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.

Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunacaq. Bunlar Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Markus Eybeger, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçdir.

Baxış sayı: 315