Sosial
17.10.2015 / 17:19

Həmkarlar İttifaqı hərakatının 110 illiyi keçirilib

Həmkarlar İttifaqı hərakatının 110 illiyi keçirilib Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olunmuş “Azərbaycan həmkarlar ittifaqı: tarixi, təşəkkülü və inkişafı, müasir reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə konfransı açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi yoldan danışıb, müasir dövrdə həmkarlar ittifaqlarının öz funksiyalarını həyata keçirmək üçün zəruri demokratik şəraitin yaradıldığını, beynəlxalq əlaqələrinin genişləndiyini bildirib.

Professor Vəkil Həsənov məruzəsində Azərbaycan həmkarlar ittifaqlarının yaranması, təşkilatlanması, ilk kollektiv müqavilələrin bağlanması, hazırda həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifələrdən danışıb.

İnform.az

Baxış sayı: 276