Mədəniyyət
17.10.2015 / 12:48

TAİEX-in əməkdaşları ölkəmizdə

TAİEX-in əməkdaşları ölkəmizdəAzərbaycanda icma əsaslı yaşıl kənd turizminin inkişafına dair konsepsiyanın hazırlanması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin, qanunvericilik, marketinq və s. ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAİEX) üzrə Ekspert Missiyasının Azərbaycana səfəri təşkil olunub. Missiya çərçivəsində Finlandiyalı ekspert Tapaninen Matti Tuomas və İspaniyalı ekspert Martinez Mingueza Maria Angeles ölkəmizə səfər ediblər.
Səfər zamanı icma əsaslı yaşıl kənd turizminin inkişafına dair "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin sədri və yerli nümayəndələri, turizm şirkətlərinin icraçı direktorları, Turizm şöbəsinin əməkdaşları və digər maraqlı tərəflərlə məhsuldar görüşlər keçirilmiş və müzakirələr aparılıb.
Səfərin ikinci günündə Lahıc qəsəbəsinə tanışlıq turu təşkil edilib. Lahıc qəsəbəsinə səfər zamanı icra hakimiyyətinin yerli nümayəndəsi, yerli bələdiyyənin sədri, turistləri qəbul edən ev sahibləri, yerli bələdçi və muzeyin və qoruğun direktorları ilə məhsuldar görüşlər keçirilmiş mövcud vəziyyət barədə ətraflı məlumat əldə edilib.
Həmçinin, 15 oktyabr tarixində nazir müavini Nazim Səmədov ekspertlərlə görüş keçirərək bu missiyadan Nazirliyin gözləntiləri barədə fikir mübadiləsi aparıb.
Qeyd edirik ki, layihənin yekununda təqdim olunacaq tövsiyələrə uyğun olaraq növbəti mərhələyə dair işlər davam etdiriləcək.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 399