İdman
17.10.2015 / 12:09

Dünya çempionundan növbəti qələbə

Dünya çempionundan növbəti qələbə Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən kikboksçumuz Pərviz Abdullayev növbəti döyüşünə çıxıb.

"Kobra" ləqəbli idmançımız Rumıniyanın Sibiyu şəhərində təşkil olunan ACB KB 3 Grand Prix turnirində qüvvəsini sınayıb.

72,5 kq çəki dərəcəsində çıxış edən P.Adullayevin rəqibi Serbiya təmsilçisi Haris Ferizoviç olub.

Görüş 3 raund davam edib. Hakimlərin qərarı ilə çətin keçən döyüşün hər 3 hissəsində Abdullayev daha üstün olub və qələbə qazanıb.

İnform.az

Baxış sayı: 360