İdman
17.10.2015 / 10:35

Pərviz Abdullayev qələbə qazanıb

Pərviz Abdullayev qələbə qazanıbAzərbaycanı və "Qəbələ" İdman klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib. O, Rumıniyanın Sibiyu şəhərində təşkil olunan kikboksinq üzrə ACB KB 3 Grand Prix turnirində rinqə çıxıb. 72,5 kq çəki dərəcəsində çıxış edən "Kobra" ləqəbli idmançımız Haris Ferizoviç ilə qarşılaşıb. Üç raund davam edən döyüşün qalibi hakimlərin qərarı ilə bəlli olub. Onların rəyinə əsasən, hər 3 hissədə daha üstün olan Abdullayev bu görüşdə qələbə qazanıb.

İnform.az

Baxış sayı: 422