Mədəniyyət
17.10.2015 / 09:39

Milli musiqi alətlərimiz Cənubi Koreya muzeyinə hədiyyə olunub

Milli musiqi alətlərimiz Cənubi Koreya muzeyinə hədiyyə olunub Azərbaycanın milli musiqi alətləri Koreya Respublikasının Seonqnam şəhərində yerləşən Dünya Musiqi Alətləri Muzeyinə ianə edilib.

Bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən məlumat verilib.
Səfirlik muzeyə tar, kamança, qaval, nağara, saz və balaban hədiyyə edib.

Qeyd edək ki, 2013-cü ildə təsis edilən və ildə on min nəfərə yaxın ziyarətçisi olan Dünya Musiqi Alətləri Muzeyində dünyanın 46 ölkəsindən 150-dən artıq musiqi aləti nümayiş etdirilir.

İnform.az

Baxış sayı: 505