Dünya
16.10.2015 / 07:20

Ərdoğanla Obama arasında telefon danışığı olub

Ərdoğanla Obama arasında telefon danışığı olubTürkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğanla Barak Obama arasında telefon danışığı olub. İnform.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı İŞİD-ə qarşı ortaq mübarizəni gücləndirmək və əməkdaşlıq imkanları müzakirə edilib.

Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, telefon danışığı zamanı əsasən Suriyada aparılan əməliyyatlar müzakirə olunub. İki lider həmçinin PKK terrorçularının Türkiyə ərazisindəki əməllərini pisləyiblər, noyabrın 15-16-da Antalyada keçiriləcək "G-20" zirvə toplantısını və Kipr problemini və müzakirə ediblər”.

Baxış sayı: 323