Din
15.10.2015 / 15:31

“Müqəddəs Nino” və “Müqəddəs Georgi” kilsələri dövlət tərəfindən maliyyələşir”

“Müqəddəs Nino” və “Müqəddəs Georgi” kilsələri dövlət tərəfindən maliyyələşir” Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 15-də Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Komitədən verilən məlumata görə, görüşdə komitə sədri Gürcüstanla Azərbaycanı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu bildirib.

Bütün sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin yüksək səviyyədə qurulduğunu deyən M. Qurbanlı bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında danışıb. M.Qurbanlı dövlət tərəfindən Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə daima xüsusi diqqət göstərildiyini vurğulayıb: “Qeyri-islam təmayüllü dini icmalara mütəmadi olaraq, dövlət büdcəsindən maliyyə yardımı ayrılır ki, onların arasında Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” və Qax rayonu, Qaxingiloy kəndi, “Müqəddəs Georgi” gürcü-pravoslav kilsələrinin dini icmaları da var”.

İnform.az

Baxış sayı: 462