Elm-təhsil
15.10.2015 / 11:34

Doktorantura və dissertanturaya sənəd qəbuluna başlanıb

Doktorantura və dissertanturaya sənəd qəbuluna başlanıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabinetinin 29 sentyabr 2015-ci il tarixli, 285s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2015/2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

AMEA-dan verilən məlumata görə, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər oktyabrın 15-dən noyabrın 5-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.


Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

İnform.az

Baxış sayı: 462