Mədəniyyət
15.10.2015 / 11:02

Əbülfəs Qarayev Paskal Mönieni qəbul edib

Əbülfəs Qarayev Paskal Mönieni qəbul edib
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Paskal Mönieni qəbul edib. Nazirlikdən Əbülfəs Qarayev Paskal Mönienin Səfir kimi fəaliyyətinin başa çatması ilə əlaqədar bildirib ki, onun fəaliyyəti dövründə Azərbaycanla Fransa arasındakı əməkdaşlıq bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahələrində də dərindən inkişaf edib.
Ölkə rəhbərləri arasında keçirilmiş görüşlər zamanı əldə olunmuş razılaşmalar nəticəsində həm Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fransada keçirilmiş çox saylı mədəniyyət tədbirləri, həmçinin Nazirliyin Fransa Respublikasında təşkil etdiyi tədbirlər, eləcə də Fransa Respublikasının Azərbaycanda keçirdiyi tədbirlər əldə edilmiş uğurlar və həyata keçirilmiş layihələrin göstəricisidir.
Səfir isə öz növbəsində onun fəaliyyəti dövründə göstərdiyi münasibət və qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Əbülfəs Qarayev Paskal Mönieyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 377