Mədəniyyət
15.10.2015 / 03:22

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri Gəncəyə səfər ediblər

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri Gəncəyə səfər ediblərAzərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin (ÖADC) icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Erkin Nuriddinov və ÖADC sədrinin müavini, universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İsroil Şamsimuxamedov Gəncə şəhərinə səfər ediblər.

İnform.az AZƏRTACa istinadən xəbər verir ki, Səfər çərçivəsində qonaqlar Gəncə Dövlət Universitetində olacaq və bu ali məktəbin təhsil sahəsində əldə etdiyi nailiyyətlər, həmçinin qabaqcıl təcrübəsi ilə tanış olacaq, qədim şəhərin görməli yerlərini gəzəcəklər.

Səfər müddətində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanması da nəzərdə tutulur.

Səfərin əsas məqsədi Azərbaycanla tanışlıq, mədəniyyət, elm, təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsidir.

Baxış sayı: 345