Sosial
04.07.2015 / 02:24

Sığorta müqavilələri artıb

Sığorta müqavilələri artıb

2015-ci ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanılıb.

İnform.az-ın İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,43%-i yaşayış evləri və mənzillər, 1,45%-i inzibati binalar, 17,12%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50%, sığorta haqlarının məbləğində isə 2,4 dəfə artım müşahidə edilib.

Baxış sayı: 319