Mədəniyyət
04.07.2015 / 02:01

"Nabat" beynəlxalq festivalda

"Nabat" beynəlxalq festivalda

Rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi iyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək "Five lakes" beynəlxalq film festivalında nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən İnform.az-a verilən məlumata görə, ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, bu il "Nabat" filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalının əsas müsabiqə proqramında təqdim olunub və festivalın üç mükafatına layiq görülüb.

Baxış sayı: 263