Sosial
14.10.2015 / 16:08

Mənzillərə texniki baxış keçirilib

Mənzillərə texniki baxış keçirilib“Azəriqaz” İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-sentyabr aylarında 190 048 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

İnform.az

Baxış sayı: 171