---
15.06.2015 / 15:17

Şəfəq Azər: "Medianı doğru yönləndirmək hər kəsin bacardığı iş deyil"

Şəfəq Azər: "Medianı doğru yönləndirmək hər kəsin bacardığı iş deyil"
Hal hal hazırda ölkəmzdə medianın vəziyyəti heç də ürək açan vəziyyətdə deyil. Bunu görmək üçün xaricdə və yaxud harada yaşamasından asılı olmadan mətbuatı izləyən hər bir təhsilli, gözü açıq insan, hiss edə və sezə bilir. Mən istərdim ki, bəzi xoşa gəlməyən və ürək açmayan yazı başlıqlarına toxunam. Yəqin ki, bəzi oxuçular media izləyiciləri mənimlə razılaşarlar. Əlbəttə peşəkar jurnalistlər ölkəmizdə kifayıt qədər var və onlar da öz üzərilərində işləyir, daha səmərəli işlər görürlər. Gündəlik mətubatı izləyən birisi kimi deyirəm ki, hər kəs jurnalist ola bilməz və olmamalıdır da. Bəziləri bunu sanki, bir moda halına salıb. Bu belə olmamalıdır və hər kəs öz bacardığı işlə məşgil olarsa daha yaxşı olar. Bəzən o qədər səhvlərə yol verirlər ki, onların əvəzinə oxucu oxuyub xəcalət çəkməli olur. O qədər qeyri səlis cümlələr, o qədər məntiqsiz, mənasiz kobud cümlələrdən, sözlərdən istifadə edirlər ki, insan xəcalət çəkməklə bərabər həm vaxtına həm də gözlərinə yazığı gəlir. Bunu niyə oxudum, bu yazarı niyə tanıdım deyə vaxt itkisinə heyfslənir insan. Bildiyimə görə Azərbaycanda 5 mindən artıq sayt və qəzet var. Dogrusu cox təcübləndirici bir haldır. 9 milyonluq bir ölkə üçün bu çox böyük rəqəmdir. Əgər oxucu yoxdursa biz kimə və nəyə görə yazır, kimlərə özümüzü gostəririk anlaya bilmirəm.

Mən belə bir təklif edərdim. Yazmağa layıq olan insanlar, öz qələmi ilə mediada tanınan insanları səs çoxluğu qazananlara icazə versinlər. Hər yerindən qalxan özünü söz sahibi hiss etməsin. Onlar hələ müəyyən mərhələdən keçsinlər, sonra sayt sahibi, qəzet və jurnal redaktoru kimi işləsinlər. İnanın ki, bu belə olmazsa oxucular yorulacaq, inamsızcasına ortada qalacaqlar. Mən şəxsən artıq əsl peşəkarların yazılarından başqasını oxumaq istəmirəm artıq. Ümid edirəm ki, bu fikrimə anlayış göstərənlər olacaq, haqq yerini tapacaq artıq. Bəzi qəzet və dərgi sahibləri kimin kim olduğunu, hansı əqidənin sahiblərinin yazılarını çap etdiyini yaxşıca araşdırıb sonra oxuculara təqdim edəcək. Bəzi saytlara diqqət edirəm tanınmış bir söz adamının yazısının yanında əqidəsi doğru olmayan, məsələn dinimiz İslamı tənqid edən birinin yazısı yer alır. Həmin dəqiqə heç o tanınmış insanın yazısını da oxumaq istəmir və bu sayt sahibinin əqidəsinə şübhə ilə yanaşıram. Demək ki, bu insanı heç bir şey maraqlandırmır, sadəcə yeni yazılar olsun və sayt ayaqda qalsın deyə düşünür. Belə olmaz arkadaşlar! Yaxşı - yaxşı düşünün, sonra kimə və hara xidmət etdiyinizi ölçün, biçin və sonra işə başlayın. Axı biz bir İslam ölkəsi olan Azərbaycanın vətəndaşlarıyıq. Elə bir İslam ölkəsi ki, onun mayasına dinsiz Sovet ölkəsinin ideyaları qarışıb və hələ də gənclərimizi zəhərləməkdə davam edir. O gəncləri dogru istiqamətləndirmək, tərbiyələndirmək bizim boynumuzun borcudur. Əgər biz indi bu istiqamətdə işlər görsək, gələcəyin parlaq ruhlu gənclərini yetişdirib həm Allah yanında savab qazanar, həm də dogru yola dönmüş olarıq.

Mən əminəm ki, ölkəmizdə bu yolda çalışan cox dəyərli ziyalilarımız var. Onlardan biri də Xalidə Xalid xanımdır. Onun hələ bizim mətbuatımıza verəcəyi və deyəcəyi çox sözü oldugunu əminliklə deyə bilərəm. Bu gün şəxsiyyətinə çox hörmət bəslədiyim Şəhriyar araşdırmaçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun „Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr“ şöbəsinin keçmiş elmi əməkdaşı, gözəl yazar xanım, hər kəsin tanıdığı Xalidə xanımın başçılıgı ilə faliyyətə başlayan İnform.az saytını təbrik edirəm. Xalidə xanım ölkəmiz və xalqımız üçün çox işlər gürüb, və görməyi də qarşısına həmişə məqsəd qoyub. Mən şəxsən onu bu məqsədlə təbrik edir, ugurlar, böyük naliyyətlər arzu edirəm. Uzun müddətdən bəri Xalidə xanımın aktiv şəkildə yazılarını izləyir təqdir edirəm. İnform.az saytı oxuculara daha çox məlumatlar verəcəyinə əminəm, çünki bu sayt profesional əldədir. Bir daha uğurlar diləyirəm.

Şəfəq Azəri
„Törə“ dergisinin Almaniya təmsilçisi

Baxış sayı: 1321