Mədəniyyət
14.10.2015 / 05:55

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaqOktyabrın 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq Artisti Afaq Bəşirqızının anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, tədbirdə "Toya bir gün qalmış" tamaşası təqdim ediləcək, həmçinin yubilyarın həyat və fəaliyyəti haqqında məlumat veriləcək.

Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışır. Afaq Bəşirqızı Əməkdar Artist, Xalq Artisti fəxri adlarına və “Qızıl Dərviş” mükafatına layiq görülüb. Prezident mükafatçısıdır.

“Şöhrət” ordenli sənətkar bu il avqustun 13-də teatr və kino sənətimizin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin "Fəxri diplomu" ilə təltif edilib.

İnform.az

Baxış sayı: 376