Dünya
14.10.2015 / 00:43

İŞİD lideri öldürülüb

İŞİD lideri öldürülübİŞİD, bu yaxınlarda daha bir liderinin öldürüldüyü xəbərini təsdiqləyib.

İnform.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, İŞİD-in iki nömrəli döyüşçüsü hesab edilən, Əbu Mutaz əl Kuraşinin bu ilin avqustunda ABŞ-ın təşkil etdiyi hava hücumu zamanı öldürüldüyü bildirilir.

Verilən məlumata görə, terror qruplaşmasının lideri İraqda məhv edilib.

Qeyd edək ki, ABŞ hərbiçiləri hələ avqust ayında Əbu Mutaz əl Kuraşinin məhv edildiyini bildirsə də, xəbər təsdiqini tapmamışdı.

Baxış sayı: 124