Hərbi
13.10.2015 / 20:37

NATO ekspert qrupu Bakıda seminar keçirir

NATO ekspert qrupu Bakıda seminar keçirirBakıda NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.

İnform.az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən keçirilən ikigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru, general-mayor Edvadas Majeikasın (Litva Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, habelə NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək.

Səfər çərçivəsində həmçinin mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Baxış sayı: 302